“Burning Man” festivalı ləğv edilib

“Burning Man” festivalı ləğv edilib

11.04.2020 Off By admin

Bakı. Trend:

ABŞ-ın Blek-Rok səhrasında hər il keçirilən musiqi və incəsənət festivalı tarixdə ilk dəfə ləğv edilib.

Trend-in “REN TV”yə istinadən verdiyi məlumata görə, bu barədə qərar koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə qəbul edilib.

Təşkilatçılar tədbirin avqustun 30-na təyin olunmasına baxmayaraq, onun ləğv edilməsi barədə qərar qəbul etmək məcburiyyətində qalıblar.

Onlar bildirib ki, insanlar qlobal problemlə üzləşib. Festivalın ləğv edilməsi barədə qərar uzun müzakirələrdən sonra qəbul edilib.

Share