Cəlilabadda 3 nəfər su anbarında boğulub

Cəlilabadda 3 nəfər su anbarında boğulub

08.06.2021 Off By admin

Cəlilabad rayonunda 3 nəfər su anbarında boğulub. Bədbəxt hadisə rayonun Gülməmmədli kəndində baş verib.

Rayonun İnili kənd sakinləri olan 2015-ci il təvəllüdlü Həmzə Yaqubov və onun atası Nizami Yaqubov, həmçinin qardaşlar – 2004-cü il təvəllüdlü Həsən Rizvan oğlu Yaqubov və 2005-ci il təvəllüdlü Hüseyn Rizvan oğlu Yaqubov İncəçay su anbarına düşüblər. Onlardan yalnız Nizami Yaqubovun həyatını xilas etmək mümkün olub və o, xəstəxanaya yerləşdirilib. Uşaqların meyiti sudan çıxarılıb.

İlkin məlumata görə, həmin şəxslər su anbarının yanında şəkil çəkdirərkən suya yıxılıblar.

Faktla bağlı araşdırma aparılır.

“Hakimiyyet.com”

Share