Cəlilabadda avtomobili ağaca çırpan sürücü yerindəcə öldü

Cəlilabadda avtomobili ağaca çırpan sürücü yerindəcə öldü

08.04.2020 Off By admin

[ad_1]

Bakı. Trend:

Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 8-də saat 2 radələrində Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində Bakı şəhər sakini Vüqar Tağıyev idarə etdiyi “Peugeot” markalı avtomobili yolun kənarındakı ağaca vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Share