Cəlilabadda şəhərdaxili yollar yenidən qurulur

Cəlilabadda şəhərdaxili yollar yenidən qurulur

17.07.2021 Off By admin

Dünya iqtisadiyyatının pandemiya səbəbindən geriləməsi əksər ölkələrdə özünü açıq şəkildə büruzə verir. Ancaq ölkəmizdə aparılan düşünülmüş islahatların həyata keçirilməsi sayəsində insanların sosial-rifah halının yaxşılaşması bir daha müstəqil və dayanıqlı qərarların qəbulunda ölkə rəhbərinin siyasi uzaqgörənliyinin təcəssümünü əks etdirir. Bu baxımdan sosial layihələrin icrası, regionların inkişafı bir daha dünyada güclü Azərbaycan məfkurəsinin imicindən xəbər verir. Bölgələr inkişaf edir, ölkə gözəlləşir, insanların həyat tərzi dəyişir.

Belə uğurlu layihələrdən biri də öz inkişaf stimulunu qoruyub saxlayan Cəlilabad rayonunda həyata keçirilir. Rayonda aparılan abadlıq-quruculuq işləri bizim diqqətimizi cəlb etməklə yanaşı, peşəmizin üzərimizə qoyduğu məsuliyyətin artırılmasında bizə ilhamverici mövzudur. Rayonun şəhərdaxili yollarının yenidən qurulmasına start verilib. Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini icra edən Mansur Məmmədov və Rayon İcra Hakimiyyətinin Cəlilabad şəhəri üzrə nümayəndəsi Mirməhəmməd Kazımovun birgə səyi nəticəsində ümumi uzunluğu 11 kilometr uzunluğunda küçə asfaltının tam olaraq yenidən vurulması nəzərdə tululub. Hal-hazırda işlərinin bir neçə gün ərzində başlamasına bacmayaraq artıq 3.5 km uzunluqda yol asfalt örtüyü qalın və keyfiyyətli formada döşənib. Davamlı olaraq yaxın bir ay ərzində  digər 7.5 km asfalt örtüyünün döşənməsinin başa çatdırılması nəzərdə tutulub.

Xatırladaq ki, asfalt örtüyü rayonun ikinci mərkəzi prospekti olan Akademik Zərifə Əliyeva adına prospektdən başlamayaraq həmin küçədə Akademikin adını daşıyan 7 saylı tam orta məktəbin ətrafını əhatə edən yolların abadlaşmasın təmin edir.

Eyni zamanda H.Əliyev prospekti ilə Z.Əliyeva prospektinin kəsişməsini birləşdirən Qarabağ küçəsinin də tam asfaltlanması təmin edilib.

Hazırda işlər tam sürətlə davam etdirilir.

Rəşad Əkbəroğlu,

“Hakimiyyet.com” saytının bölgə üzrə xüsusi müxbiri

Share