Cəzası azaldılan Fədayə Laçın azadlığa çıxır

Cəzası azaldılan Fədayə Laçın azadlığa çıxır

30.09.2019

18:16

Bu gün Bakı Apellyasiya Məhkəməsində məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Qərara əsasən Fədayə Laçının cəzası iki ilə endirilib.

Beləliklə, F.Laçının həbs müddəti oktyabrın 30-da başa çatacaq.

Qeyd edək ki, müğənni 2017-ci il oktyabrın 30-da həbs olunmuşdu. Buna qədər F.Laçının məhkəmə iclası 12 dəfə təxirə salınıb.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email