“Çelsi” əfsanəvi heyətdəki futboçularını komandaya geri gətirməkdə davam edir.

“Çelsi” əfsanəvi heyətdəki futboçularını komandaya geri gətirməkdə davam edir.

03.08.2019

23:52

Belə görünür “Çelsi” 10 il qabaq yaratdığı mükəmməl heyətdəki futbolçuları indi məşqçilər heyətində yenidən bir araya gətirmək istəyir.

46 yaşlı keçmiş yarım müdafiəçi Frenk Lempardın rəhbərliyi altında gənc futbolçular üzrə məsləhətçi kimi komandaya geri dönüb.

Karyerasının 5 ilini “Çelsi”də keçirən Klaudio Makelele xüsusilə komandanın akademiyasında yetişən futbolçularla məşqlərdə və oyunlarda söhbətləşərək, təcrübəsini onlarla bölüşəcək. O həmçinin “Çelsi”nin Avropada və dünyanın müxtəlif klublarında icarədə olan futbolçularına baş çəkərək onların inkişafları haqqında məruzələr hazırlayacaq. Bu işdə ona bir neçə gün öncə komandaya qayıdan digər keçmiş futbolçu Karlo Kudiçini və Paolo Ferreyra kömək edəcək. Yeri gəlmişkən komanda bir müddət öncə özünün və İngiltərə Premyer Liqasının tarixində iz qoymuş qapıçı Peter Çexi də geri qaytarmışdı.

Komandaya qayıtması ilə bağlı Makelele belə deyib : “ Komandaya qayıtdığıma görə çox xoşbəxtəm. Bu klub mənə çox şey verib və mən indi təcrübəmlə bunu geri qaytarmaq və gənc futbolçulara öz karyeralarında uğur qazanmaları üçün kömək etmək istəyirəm. Onlara bütün aspektlərdə professional hərəkət etməyi öyrətməyə çalışacağam. Başlamaq üçün səbirsizlənirəm.”

Klubun direktoru Marina Qranovskaya isə bunları deyib : “ Oynadığı 5 ildə bu komandaya əvəz olunmaz faydalar verən Klaudionu komandada yenidən görməyə şadıq. Uzun və uğurlu futbolçu karyerası həmçinin son illərdə məşqçi kimi təcrübə yığması onu bizim gənc istedadlar üçün ideal birinə çevirib. Həm akademiyamız həm də əsas məşqçilər heyəti üçün çox vacib rol oynayacağına dair şübhəmiz yoxdur.”

Makalele son illərdə “Paris Sent-Jermeyn” komandasında “Papa” Karloya komandanı idarə etməkdə kömək etmiş, daha sonra “Svonsi” komandasında Poul Klementin köməkçisi kimi işləmişdi. Klaudionun sonuncu iş yeri Belçikanın “Eupen” komandasında baş məşqçi postu idi.

2003-cü ildə “Real-Madrid”dən “Çelsi”yə transfer olduqdan sonra oynadığı 5 ilin hər birində komandası ilə birgə titul qazanan fransalı 2 dəfə Premyer Liqa, 2 dəfə Liqa , 1 dəfə FA kubokunu qazanmış daha sonra “Paris Sent-Jermeyn” komandasına transfer olunmuşdu.

Fransa forması ilə 73 dəfə meydana çıxan Klaudio Makelele “Çelsi”nin yeni baş məşqçisi Frenk Lempardın yanında və akademiyada çalışacaq.

Tural Rzazadə

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email