“Cenoa” baş məşqçisini növbəti dəfə dəyişib

29.12.2019 Off By admin

İtaliyanın “Cenoa” klubu baş məşqçisini dəyişib.

Apasport.az saytının məlumatına görə, Genuya təmsilçisi mövsümdə 3-cü dəfə bu addımı atıb.

Tyaqo Motta tutduğu vəzifədən azad olunub. Onu Davide Nikola əvəzləyib.

Qeyd edək ki, 8 oyundur A seriyasında qalib gəlməyən “Cenoa” 11 xalla sonuncu pillədə qərarlaşıb.

Share