Ceyms Bondun filmi üçün qızıl sikkə buraxılacaq

03.03.2020 Выкл. Автор admin

Böyük Britaniyada Ceyms Bondun “Ölməyə vaxt yoxdur” 25-ci filmini qeyd etmək üçün 7 kiloqramlıq qızıl sikkə buraxılacaq.

“Royal Mint” (Birləşmiş Krallıqda sikkələr istehsal edən yer) 25-ci Ceyms Bond filminin xatirəsinə 7000 funt sterlinq dəyərində 7 kiloqram qızıl sikkə istehsal edib. Bu, “Royal Mint” tərəfindən indiyə qədər istehsal olunan ən yüksək nominal dəyərə malik ən böyük sikkədir.

Sikkədə BMT 216A nömrə nişanlı Aston Martin DB5-nin oyma təsviri həkk olunub. Sikkələri mart ayının ortalarından etibarən almaq mümkün olacaq.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

Share