Çimərliklər açılacaq?

Çimərliklər açılacaq?

18.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Çimərliklərin fəaliyyəti ilə bağlı qaydalar hazırlanır, mətbuatda dərc olunacaq”.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O bildirib ki, sıxlıq yaransa elektron sistemdən istifadə olunacaq: “Bu proqram özünü doğrultsa, vətəndaş evdən çıxmadan öncə özünə yer rezerv etdirə biləcək. Böyük çimərliklərdə xüsusi proqramla administrasiya yaradılacaq və müşahidə aparılacaq”.

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib ki, çimərliklər fiziki məsafənin qorunmasına nəzarət edən şəxslər olacaq.

Share