Çin Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib
07.02.2020Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin İnformasiya departamentinin baş direktor müavini Lician Çjao Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür ünvanlayıb.
Day.Az Trend-ə istinadən bildirir ki, o, bu barədə öz “Twitter” səhifəsində yazıb.
Təşəkkür mətnində deyilir: “Biz dünya liderlərinə göstərdikləri dəstəyə görə səmimi qəlbdən təşəkkür edirik. Azərbaycan Prezidenti İlham Əliyev Çin xalqı ilə həmrəylik ifadə edib və zəruri köməyi göstərməyə hazır olduğunu bildirib”.