CİNAYƏTİN XİTAM OYUNLARI

CİNAYƏTİN XİTAM OYUNLARI

05.11.2019

17:05

             Azərbaycan Respublikasının Baş prokuroru

cənab Zakir Qaralova ; 

                                          Azərbaycan Respublikasının Daxili İşlər naziri

cənab Vilayət Eyvazova;

                                       Bakı Şəhər Prokuroru cənab  İlqar Abbasova;

                                       “Hakimiyyət” qəzeti redaksiyasına

                                    

    Cinayət işi üzrə rəsmi zərərçəkmiş,

Bakı şəh.Yasamal rayonu,H.Zərdabi pr.ev 72,m.20

ünvanında yaşayan,( tel.055 436-21-11 )

Qaraşov Saleh Məmməd oğlu tərəfindən

( Qəbul edilmiş qərarın ləğv edilməsinə və cinayət işinin yenidən araşdırılmasına başlanılması barədə)

ŞİKAYƏT ƏRİZƏSİ

      Yazıb Sizə bildirirəm ki,22 dekabr 2018-ci ildə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin müstəntiqi Rauf  Məmmədov mənim əsaslı ərizəm əsasında başlanmış və toplanmış 170056012 saylı cinayət işinin icraatına Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21,85,39.1.1,39,1.2,145.3-cü maddələrinə əsasən qanunsuz olaraq xitam vermişdir.

       Belə ki, 07.02.2017-ci ildə Sabunçu rayon prokurorluğundan Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinə ərizəm əsasında Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsilə başlanmış 170056012 saylı cinayət işi daxil olmuşdur.

       Həmin işə 05 may 2017-ci ildə Sabunçu Rayon prokuroru tərəfindən xitam verilmişdir. 16 iyun 2017-ci ildə həmin qərar Bakı Şəhər Prokurorluğu tərəfindən ləğv edilərək yenidən Sabunçu RPİ İŞ-nə göndərilmişdir. 10 iyul 2017-ci ildə Sabunçu RPİ İŞ-si tərəfmbdən işə yenidən xitam verilmişdir. 24 avqust 2017-ci ildə Bakı şəhər Prokurorluğu yenidən müstəntiqin qərarını ləğv edərək, işi Bakı şəhər Baş Polis İdarəsinə göndərmişdir. 02 dekabr 2017-ci ildə həmin cinayət işi 178.3.2-ci maddədən 178.2.4.- cü maddəyə tövsif edilmiş və 06 dekabr 2017-ci ildə icraata xitam verilmişdir. 27 dekabr 2017-ci ildə bu qərar ləğv edilərək,yenidən Sabunçu RPİ İŞ- nə göndərilmişdir. 10 yanvar 2018-ciildə Sabunçu RPİ İŞ-də bu işə xitam verilmişdir.

25 iyun 2018-ciildə Bakı Şəhər Prokurorluğu Sabunçu RPİ İŞ-nin qərarını ləğv edərək ,işi Bakı şəhər Bakı Şəhər Baş polis İdarəsinə  göndərmişdir. 21 sentyabr 2018-ci ildə bu iş üzrə istintaqın davam etdirilməsi üçün Sabunçu RPİ İŞ-nə göndərilib və 23 sentyabr 2018-ci ildə iş üzrə icraat CPM-nin 53.1.1- ci maddəsilə dayandırılmışdır.

20 dekabr 2018-ci ildə bu qərar Bakı Şəhər Prokurorluğu tərəfindən ləğv edilərək, iş istintaqı davam etdirilməsi üçün Bakı şəhər Baş Polis İdarəsinə göndərilmişdir. 21 dekabr 2018-ci ildə müstəntiq Məmmədov Rauf  tərəfindən icraata qəbuledilmiş və 22 dekabr 2018-ciildə 170056012 saylı cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 21,85,39.1.1,39,1.2,145.3-cü maddələrinə əsasən qanunsuz olaraq xitam vermişdir.

İş üzrə bir sıra istintaq hərəkətlərinin aparılması zərurəti yaranmışdır. Cinayət işinin xitam edilməsi barədə xəbəri mən kəndimizdə camaatdan eşitdim ki, Əhmədov Natiq Əhmədağa oğlu bu dəfə də rüşvət verib işi ləğv etdirib. Mənim dayım oğlu Əhmədov Natiq Əhmədağa oğlu dələduzluqla məndən 10 min ABŞ dolları pulumu alması faktı üzrə cinayət işinin 22 dekabr 2018-ci ildə icraatına xitam verilməsi barəsindəki qərarın ləğv edilərək,yenidən istintaqının aparılması daha peşəkar müstəntiqə həvalə edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər İdarəsinin İstintaq və təhqiqat baş idarəsinə göndərilməsi zərurəti yaranmışdır. İşə maddi maraqlara görə qanunsuz və əsassız xitam vermiş müstəntiq Rauf Məmmədovun əməlləri prokuror nəzarəti qaydasında araşdırılmalıdır.

Xitam qərarının surətini aldığım gündən 10 gün ərzində şikayət etmək hüququmdan istifadə edərək , həmin qərarın ləğv edilməsi barədə bu ərizəmlə müraciət edirəm. Yuxanda göstərilənləri nəzərə alıb,Sizdən

XAHİŞ EDİRƏM:

Bakı şəhər BPİ İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində iş üzrə icraata xitam verilməsi qərarı üzrə cinayət işi materiallarının araşdırılması , iş üzrə rədd qəranın ləğv edilərək istintaqın davam etdirilməsi, iş üzrə ibtidai istintaq aparılmasını Daxili İşlər nazirliyinə həvalə edilməsini Sizdən xahiş edirik.

İmza: Qaraşov Saleh Məmməd oğlu

“Hakimiyyət” qəzeti

18 OKTYABR 2019-cu il

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email