Çində 3042 nəfər koronavirusun qurbanına çevrilib

06.03.2020 Выкл. Автор admin

Çində yeni növ koronavirusdan ölənlərin sayı 3042 nəfərə çatıb, 53 726 nəfərə sağalaraq xəstəxanaları tərk edib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ÇXR-in Dövlət Səhiyyə Komitəsinin açıqlamasında deyilir.

Məlumata görə, son sutka ərzində Çində 143 yeni yoluxma halı qeydə alınıb, 30 nəfər ölüb, 1681 nəfər müalicə olunub və sağalaraq xəstəxanadan evə buraxılıb. Çində ümumilikdə koronavirusa yoluxanların sayı 80 552 nəfərə çatıb.

Xəstəliyin episentri olan Hubey əyalətində son gün ərzində 126 nəfər virusa yoluxaraq, ümumilikdə yoluxanların sayı 67 592 nəfərə çatıb. Ölənlərin sayı 29 nəfər artaraq 2931 nəfərə çatıb. Bölgədə sutka ərzində 1487 nəfər sağalıb, ümumilikdə 41 966 nəfər bu virusdan xilas olunub.

Share