Çində dəhşətli virusdan ölənlərin sayı artır

26.01.2020 Off By admin

Çində koronavirusa yoluxanların sayı 1975 nəfərə çatıb, 56 nəfər isə xəstəlikdən dünyasını dəyişib.

Bu barədə Çinin Səhiyyə üzrə Dövlət Komitəsi xəbər yayıb.

Komitənin məlumatına əsasən, xəstəliyə yoluxanlardan 324 nəfərinin vəziyyəti ağırdır.

Daha əvvəl koronavirusa yoluxanların sayının 1743 nəfərə çatdığı, 54 nəfərin öldüyü bildirilirdi.

05:30

Çində koronavirusdan ölənlərin sayı 54 nəfərə çatıb.

Bu barədə “Global Times” qəzeti məlumat yayıb.

Bildirilir ki, Hubey əyalətində daha 13 nəfər ölüb, virusa yoluxanların sayı isə 323 nəfər artıb.

Buna qədər 41 nəfərin öldüyü, 1372 nəfərin koronavirusa yoluxduğu qeyd edilirdi.

Xatırladaq ki, 2019-cu il 31 dekabrda Çin hökuməti Uxan şəhərində naməlum sətəlcəm xəstəliyinin başlandığını açıqlayıb. Yanvar ayında xəstəliyin törədicisinin yeni koronavirus növü olduğu məlum olub.

 

Share