Çində tornado 8 nəfərin ölümünə səbəb olub

Çində tornado 8 nəfərin ölümünə səbəb olub

29.08.2019

8:58

Çinin cənubundakı Xaynan adasında qəfil meydana çıxan tornado 8 nəfərin ölümünə, 2 nəfərin yaralanmasına səbəb olub.

AZƏRTAC yerli hakimiyyət orqanlarına istinadla xəbər verir ki, hadisə Dancou şəhərinin Nada qəsəbəsində gecə saat 3 radələrində baş verib. Tornado tikinti ərazisində fəhlələrin qaldığı müvəqqəti evi dağıdıb.

Yaralılar xəstəxanalara yerləşdirilib. Hadisə yerində xilasedicilər axtarış işləri aparırlar. Dağıntı altında başqalarının da olma ehtimalı var.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email