“Çinin Ermənistana göndərdiyi qutuların üzərində “Ağrı dağı” sözü əks olunmayıb”

“Çinin Ermənistana göndərdiyi qutuların üzərində “Ağrı dağı” sözü əks olunmayıb”

12.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

 

“Çin Xalq Respublikasının Ermənistana göndərdiyi yardım qutularının üzərindəki Cin dilində olan yazılarda “Ağrı dağı” ifadəsi yer almayıb”.

APA-nın yerli bürosunun xəbərinə görə, yeni növ koronavirusla bağlı (COVID-19) mübarizə çərçivəsində aprelin 11-də Çinin Ermənistana göndərdiyi yardım qutularının üzərində Ağrı dağının adının çəkilməsi ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyinin sözcüsü Hami Aksoy mövqeyini bildirərkən belə deyib.

Qeyd edək ki, Çinin Çonqçinq Bələdiyəsindən Ermənistana göndərilən yardım qutularının üzərində ingiliscə “Dostluğumuz Ararat (Ağrı) Dağından daha yüksək və Yangtze Nehrindən  daha uzun olsun” deyə təxribat xarakterli ifadələrə yer verilib. 

Sosial mediada böyük narazılıq yaradan bu məsələ ilə bağlı H.Aksoy bildirib ki, Çinin Türkiyədəki səfirliyinə müraciət olunub.

Səfirlikdən Türkiyə XİN-ə bildirilib ki, sözügedən məsələ araşdırılıb və yardım dəstəyi Yerevana özəl bir şirkət tərəfindən çatdırıldığı məlum olub, ingilis variantında “Ağrı” adına istinad edildiyi aşkarlanıb. 

Çinin Türkiyədəki səfirliyi bu məsələni bir daha araşdıracaqlarını və Türkiyənin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşdıqlarını qeyd edib.

 

Share