"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

22.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 23-ü üçün nəzərdə tutulan cədvəli müəyyənləşdirilib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlik dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.

Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

Share