
«Dərs vaxtı»nın sabaha olan cədvəli açıqlanıb
23.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və «ARB Günəş» telekanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 24-ü üçün nəzərdə tutulan cədvəli açıqlanıb.
Nazirlikdən APA-ya verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 09:40-da Fiziki tərbiyə; 09:55-də XI sinif — Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix, Ədəbiyyat; 10:55-də X sinif — Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix; 11:45-də IV sinif — Azərbaycan dili, Riyaziyyat, Musiqi, Informatika; 12:25-də III sinif — Azərbaycan dili, Riyaziyyat, Musiqi; 12:55-də II sinif — Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi; 13:20-də I sinif şagirdlərinə Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi dərsləri olacaq.
Rus bölməsi üçün 13:45-də IV sinif — Rus dili, Riyaziyyat, Həyat bilgisi, Informatika; 14:20-də VIII sinif — Kimya, Biologiya, Coğrafiya, İnformatika; 15:00-da IX sinif — Kimya, Riyaziyyat, Coğrafiya; 15:40-da X sinif şagirdlərinə Kimya, Biologiya, Coğrafiya dərsləri olacaq.