“Dərs vaxtı”nın sabaha olan cədvəli açıqlanıb

“Dərs vaxtı”nın sabaha olan cədvəli açıqlanıb

18.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı”nın mayın 19-na olan cədvəli açıqlanıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 10:00-da – Fiziki tərbiyə; 10:15-də VIII sinif Biologiya, Kimya, İngilis dili Coğrafiya; 11:00-da VII sinif – Biologiya, Kimya, İngilis dili, Coğrafiya, İnformatika-Rəqəmsal bacarıqlar; 11:50-də IV sinif – Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 12:20-də III sinif – Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 13:05-də II sinif – Riyaziyyat, Təsviri incəsənət; 13:30-da I sinif şagirdlərinə Azərbaycan dili, Təsviri incəsənət dərsləri; 13:55-də Məktəbdənkənar fəaliyyət olacaq.

Rus dili bölməsi üçün sabah saat 14:10-da I sinif – Rus dili, Riyaziyyat, Həyat bilgisi; 14:40-da VIII sinif – Rus dili, Riyaziyyat, Fizika; 15:15-də IX sinif – Rus dili, Riyaziyyat, Fizika və 15:45-də X sinif şagirdlərinə Kimya, Riyaziyyat, Coğrafiya dərsləri olacaq. 

Share