“Dərs vaxtı”nın sabaha olan cədvəli açıqlanıb

“Dərs vaxtı”nın sabaha olan cədvəli açıqlanıb

20.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı”nın mayın 21-nə olan cədvəli açıqlanıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 10:00-da – Fiziki tərbiyə; 10:10-da IX sinif – Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix; 11:10-da  VIII sinif – Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix;  12:10-da VII sinif – Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix; 13:00-da VI sinif – Biologiya, İngilis dili, Coğrafiya, İnformatika; 13:35-də IV sinif – Riyaziyyat, Həyat bilgisi; 14:00-da III sinif şagirdlərinə Riyaziyyat, Həyat bilgisi dərsləri, 14:20-də Məktəbdənkənar fəaliyyət olacaq.

Rus bölməsi üçün 14:35-də III sinif – Rus dili, Riyaziyyat, Həyat bilgisi; 15:20-də V sinif – Rus dili, Riyaziyyat; 15:45-də VII sinif – Kimya, Biologiya, Coğrafiya, İnformatika; 16:15-də X sinif şagirdlərinə Rus dili, Biologiya, Fizika dərsləri olacaq.

Share