Daha 131 nəfərdə koronavirus aşkarlandı –  143 nəfər sağalıb

Daha 131 nəfərdə koronavirus aşkarlandı – 143 nəfər sağalıb

19.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycan Respublikasında 131 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

bu barədə Operativ Qərargahdan məlumat yayıb.

Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, keçirilmiş miokard infarktı, qaraciyər çatışmazlığı və xronik böyrək çatışmazlığı olan 1949-cu il təvəllüdlü vətəndaş vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 3518 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 2198 nəfər müalicə olunaraq sağalmış, 41 nəfər vəfat etmiş, 1279 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 41 nəfərin vəziyyəti ağır, 59 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 240.220 test aparılmışdır.

Share