Daha 15 min nəfərə birdəfəlik ödəmə verilib

Daha 15 min nəfərə birdəfəlik ödəmə verilib

11.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

İşsiz kimi qeydiyyata alınan daha 15 min şəxsə birdəfəlik ödəniş həyata keçirilib. 

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib. 

Onun sözlərinə görə, artıq 35 min işsiz üçün ödəmə poçt şöbələrinə və bank filiallarına köçürülüb: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz kimi qeydiyyata alınan şəxslərdən daha 15 min şəxsə birdəfəlik ödəmə vəsaitinin ödənişini həyata keçirdi. Ödəmə vəsaitləri bank filiallarına və poçt şöbələrinə köçürülüb.

Həmin şəxslərin müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək. Mesajı aldıqdan sonra onlar evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də “Azərpoçt” MMC qeyd edildiyi halda – istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə – həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.

İşsiz kimi qeydiyyata alınan şəxslərə ödəmələrin verilməsi gündəlik olaraq davam edir. Aprelin 9-10-da da hər gün 10 min nəfərə birdəfəlik ödəmə vəsaiti poçt şöbələrinə və bank filiallarına köçürülüb. Ümumilikdə indiyədək artıq 35 min işsiz şəxs üçün birdəfəlik ödəniş həyata keçirilib və qeydiyyata alınan digər işsiz şəxslərə ödəmələrin verilməsi də təmin olunacaq”.

Share