Daha bir dövlət Kosovanın müstəqilliyini tanımaq haqda qərarını geri çəkib

03.03.2020 Выкл. Автор admin

Syerra-Leone Kosovanın müstəqilliyini tanımaq haqda qərarını geri çəkib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Syerra-Leonedə səfərdə olan Serbiyanın Xarici İşlər naziri İvitsa Daçiç bildirib.

O, Syerra-Leone Xarici İşlər Nazirliyinin bu barədə notasını təqdim edib.

İ. Daçiçin sözlərinə görə, hazırda Birləşmiş Millətlər Təşkilatının (BMT) 193 üzvündən 92-i Kosovanın müstəqilliyini tanıyıb, 96 dövlət üzv tanımayıb, 5 dövlətin mövqeyi isə qeyri-müəyyəndir.

“Bu isə o deməkdir ki, BMT-də Kosovanın müstəqilliyini tanıyan dövlətlər çoxluq təşkil etmir”, — deyə Serbiya XİN başçısı vurğulayıb.  

Qeyd edək ki, Syerra-Leone Kosovanın müstəqilliyini tanımaq haqda qərarını geri çəkən 18-ci ölkə olub.

Xatırladaq ki, Kosova 2008-ci ilin fevral ayında müstəqilliyini elan edib.

Share