Dahi şair Nəsiminin irsi əbədiyaşardır

Dahi şair Nəsiminin irsi əbədiyaşardır

08.11.2019

11:22

Noyabrın 7-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycanın görkəmli şair və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Mədəni coğrafiyamızda peyğəmbər sevgisi” adlı tədbir keçirilib. Tədbirin təşkilatçıları “Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu” İctimai Birliyi, Yunus Əmrə İnstitutu və Dünya Gənc Türk Yazarlar Birliyidir.

AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Yunus Əmrə İnstitutunun Bakı ofisinin direktoru Cihan Özdəmir, Milli Məclisin deputatı Qənirə Paşayeva və digərləri gecədə çıxış edərək öz əsərləri ilə bütün türk dünyasının mədəni inkişafına böyük töhfələr vermiş İmadəddin Nəsiminin həyat və yaradıcılıq yolundan söz açıblar. Bildirilib ki, dahi şairin irsi əbədiyaşardır, o, türk ədəbiyyatının ən parlaq nümayəndələrindən biridir. Nəsimi yaradıcılığının qorunub saxlanması və təbliği üçün belə tədbirlərin keçirilməsinin mühümlüyü vurğulanıb.

Sonra tədbir azərbaycanlı və türkiyəli sənətkarların iştirakında konsert proqramı ilə davam edib.

Tədbirdə siyasətçilər, mədəniyyət və incəsənət xadimləri, alimlər, QHT rəhbərləri iştirak edib

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email