Daşınmaz əmlakın icbari sığortası ilə bağlı keçirilən məqalə müsabiqəsinə yekun vurulub

Daşınmaz əmlakın icbari sığortası ilə bağlı keçirilən məqalə müsabiqəsinə yekun vurulub

21.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

İcbari Sığorta Bürosunun (İSB) kütləvi informasiya vasitələrinin nümayəndələri arasında elan etdiyi “Daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası haqqında nə bilirik? Maariflənək, maarifləndirək” mövzusunda 6 mart – 10 aprel tarixlərində keçirilən məqalə müsabiqəsi başa çatıb, qaliblər müəyyən olunub.

İSB-dən AZƏRTAC-a bildirilib ki, daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası barədə əhalinin media vasitəsilə marifləndirilməsi məqsədi daşıyan müsabiqəyə paytaxt Bakı ilə yanaşı, regional media orqanları da daxil olmaqla ümumilikdə 18 məqalə təqdim olunub. Qaliblərə müsabiqə qaydalarında qeyd olunun pul mükafatları və sertifikatlar təqdim ediləcək.

Share