“Daşıyıcılara sürücülərin əməkhaqlarını azaltmamağı tövsiyə edirik”

“Daşıyıcılara sürücülərin əməkhaqlarını azaltmamağı tövsiyə edirik”

10.04.2020 Off By admin

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev sərnişin azalması səbəbindən sürücülərin maaşlarının azalıb-azalmayacağı məsələsinə münasibət bildirib.

APA-nın məlumatına görə, o bildirib ki, BNA sürücülərin əmək haqqı məsələsi ilə bağlı daşıyıcılarla görüşlərdə hər zaman tövsiyə edir ki, əmək haqqı azaldılmasın:

“Ölkə başçısı da bununla bağlı sahibkarlara çağırış edib. Bu çətin dönəmdə sərnişin daşınması davam edir. Sərnişinlərin 60-70 faiz azalmasına baxmayaraq, sürücülərin əmək haqqı məsələsi ilə bağlı tövsiyə etmişik. Bildiyimiz qədərilə, sahibkarlar bu tövsiyəyə əməl edirlər”.

M.Ağayev deyib ki, hazırda “BakuBus”da 700-dən çox sürücü çalışır. 

Share