Deputat Sevil Mikayılova aztəminatlı, tənha yaşayan ailələrə ərzaq yardımı edib (FOTO)

Deputat Sevil Mikayılova aztəminatlı, tənha yaşayan ailələrə ərzaq yardımı edib (FOTO)

09.04.2020 Off By admin

[ad_1]

Bakı. Trend:

56 saylı Xaçmaz kənd seçki dairəsindən millət vəkili seçilən Sevil Mikayılova aztəminatlı, tənha yaşayan 60 ailəyə ərzaq yardımı edib.

Trend-in məlumatına görə, ərzaq yardımı köməkçilər tərəfindən ailələrə çatdırılıb.

Eyni zamanda, seçicilərə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar maarifləndirici tövsiyələr verilib.

Qeyd edək ki, infeksiyanın yayılmasının qarşısının qısa müddətdə alınması, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə Xaçmaz Rayon İcra Hakimiyyətinin aparatı, İƏD nümayəndəliklərinin və bələdiyyələrin əməkdaşlarından ibarət ümumilikdə 101 qrup yaradılıb.

Xaçmaz Rayon İcra hakimiyyəti koronavirusla əlaqədar keçirilən tədbirlər çərçivəsində sakinlərə mütəmadi olaraq yardımlar göstərib. İcra hakimiyyətinin əməkdaşları aylıq vəzifə maaşlarının bir hissəsini fonda köçürüblər. Rayondakı iş adamları çağırışlara qoşulublar.

Xatırladaq ki, bundan əvvəl Prezident İlham Əliyevin çağırışına qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna Trend Beynəlxalq İnformasiya Agentliyi 50 min, Day.az xəbər portalı 50 min manat vəsait köçürüb.

Bundan əlavə, deputat Sevil Mikayılova aylıq məvacibinin bir hissəsini fonda ianə edib.

Trend BİA rəhbərliyinin tövsiyəsi, Nabranda yerləşən otellərdən birinin təşəbbüsü ilə bir otel müvəqqəti olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın istifadəsinə verilib.

Share