DİA-da «Regional davamlı inkişafın idarə edilməsində enerji və nəqliyyat» mövzusunda konfrans keçirilib

02.03.2020 Выкл. Автор admin

Martın 3-də-də Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) «Regional davamlı inkişafın idarə edilməsində enerji və nəqliyyat» mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Ankara Sosial Elmlər Universiteti ilə birgə təşkil edilib.

Tədbirdə çıxış edən DİA-nın rektoru, akademik Urxan Ələkbərov «Dövlət idarəçiliyində innovativ texnologiyalar davamlı inklüziv inkişafın təminatçısı kimi» mövzusunda çıxış edib. Çıxışında

Azərbaycanda həyata keçirilən enerji və nəqliyyat layihələri barədə danışan rektor bildirib ki, bu layihələr ulu öndər Heydər Əliyevin gərgin əməyi ilə reallaşdırılıb. Rektor bildirib ki, Azərbaycan keçmiş SSRİ ölkələri arasında enerjinin səmərəli istifadəsinə görə birinci yerdədir. Ölkəmizdə həyata keçirilən sosial siyasətdən danışan U.Ələkbərov qeyd edib ki, son dövrlərdə bütün növ sosial ödənişlər artırılıb, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb.

Sonra Ankara Sosial Elmlər Universitetinin kafedra müdiri professor Onur Ender Aslan «Regional enerji və nəqliyyat şəbəkələrinin inkişafının dövlət idarəçiliyi» mövzusunda çıxış edib.

Share