Dil normalarını pozanlar 1000 manatadək cərimələnə bilər

Dil normalarını pozanlar 1000 manatadək cərimələnə bilər

17.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Televiziyada senzurasız sözlərdən istifadə edilir”.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev deyib. O bildirib ki, ailə ilə oturub televiziya verilişinə baxanda belə sözlərin ifadəsinə rast gəlir:

“Bundan sonra ədəbi dilin qaydalarını pozan şəxslər inzibati məsuliyyətə cəlb ediləcək. Verilişə dəvət olunan şəxslərə də əvvəldən xəbərdarlıq ediblər”.

Millət vəkili Nigar Arpadari çıxış edərək sual verib ki, domen adlarında Azərbaycan dilinin normaları necə qorunacaq:

“Domen adlarında “ə”, “ö” kimi hərflər necə istifadə olunacaq? Orada bu qaydaları qorumaq mümkün deyil. Belə çıxır, domen adında dilin norması pozularsa, cərimə olunacaq?”.

Sahibə Qafarova bildirib ki, layihə bu gün birinci oxunuşdadır, növbəti müzakirələrdə bu məsələyə təkrar baxılar.

Layihəyə əsasən, Kütləvi İnformasiya Vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.

Share