DİN Bakıda iki nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb

03.03.2020 Выкл. Автор admin

Daxili İşlər Nazirliyi Bakıda iki nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 3-də saat 1 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakinləri Namiq Dəmirovun idarə etdiyi “TOFAŞ” və Sadiq Qardaşxanovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub.

Nəticədə hər iki sürücü hadisə yerində ölüb, bir sərnişin xəstəxanaya yerləşdirilib.

Share