Diyarbəkirdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

18.01.2020 Off By admin

Azərbaycanın Qars şəhərindəki Baş Konsulluğu, Diyarbəkir Diclə Universiteti, o cümlədən bu təhsil olacağında fəaliyyət göstərən Qum sənəti və sosial fəaliyyətlər klubunun birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan izdihamlı anım mərasimi keçirilib.

Baş Konsulluqdan APA-nın yerli bürosuna verilən məlumata görə, Azərbaycanın ağlayan qərənfilləri” adlı tədbirdə Diyarbəkir vilayətinin valisi Həsən Basri Gözəloğlu, Diyarbəkir Jandarma komandanı, general-mayor Mustafa Ərdəm, Xarici İşlər Nazirliyinin Diyarbəkir Vilayət İdarəsinin rəisi, səfir İbrahim Mete Yağlı, Daxili İşlər Nazirliyinin Diyarbəkir vilayət idarəsinin rəisi Şükrü Yaman, Diyarbəkir Diclə Universitetinin rektoru Talip Gül, vilayətin Kayapınar rayonunun icra başçısı və rayon bələdiyyəsinin sədri Ünal Koç, Milliyyətçi Hərəkat Partiyasının Diyarbəkir vilayət şöbəsinin sədri Cihan Kayaalp, digər rəsmi şəxslər, universitetin professor-müəllim və tələbə heyəti, yerli ictimaiyyətin tanınmış nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan və Türkiyənin dövlət himnləri səslənib, şəhidlərin xatirəsi ehtiramla yad olunub.

Share