Dmitri Peskov: Azərbaycan tərəfi ilə əlaqələr daimi əsasda davam edir

Dmitri Peskov: Azərbaycan tərəfi ilə əlaqələr daimi əsasda davam edir

08.07.2021 Off By admin

Qarabağ üzrə üçtərəfli bəyanatların icrası mühüm və alternativsizdir.

Bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Dmitri Peskov RF Prezidenti Vladimir Putin ilə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Moskvada danışıqlarından sonra deyib: “Azərbaycan tərəfi ilə əlaqələr daimi əsasda davam edir. Hər kəs razıdır ki, üçtərəfli bəyanatların müddəalarının icrası çox mühüm və alternativsizdir. Bu icra çərçivəsində də Ermənistan və Azərbaycan tərəfləri ilə əlaqələr həyata keçir. İkitərəfli münasibətlər üzrə dünən ətraflı danışılıb, üçtərəfli bəyanatların icrasının müxtəlif nüansları və təbii ki, ticari-iqtisadi məsələlər də müzakirə edilib”.

“Hakimiyyet.com”

Share