Donald Tramp: İŞİD-ə yeni başçı təyin olunub və biz onun kim olduğunu bilirik

Donald Tramp: İŞİD-ə yeni başçı təyin olunub və biz onun kim olduğunu bilirik

01.11.2019

21:26

İŞİD qruplaşmasının yeni başçısı təyin olunub və ABŞ onun kim olduğunu dəqiq bilir.

ABŞ Prezidenti Donald Tramp bu barədə özünün “Twitter” səhifəsində yazıb. Lakin həmin şəxsin adını açıqlamayıb.

Xatırladaq ki, oktyabrın 27-də Donald Tramp Suriyada keçirilən əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin öldürüldüyünü elan etmişdi. Onun sözlərinə görə, əməliyyat zamanı qruplaşma lideri bədəninə bərkitdiyi partlayıcını işə salıb.

İŞİD-ə bağlı “Amaq” saytı Əbu Bəkr əl-Bağdadinin ölüm faktını təsdiqləyib. Saytın məlumatına görə, Əbu İbrahim əl-Haşimi əl-Kuraşi təşkilata yeni lider təyin edilib.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email