“DOST” mərkəzləri 300 mininci vətəndaşa xidmət göstərib

“DOST” mərkəzləri 300 mininci vətəndaşa xidmət göstərib

23.02.2021 Выкл. Автор admin

Bu gün «DOST» mərkəzlərində 300 000-ci vətəndaş müraciəti qeydə alınıb. Yasamal rayon sakini Gülnarə Hüseynova 1 saylı Bakı “DOST” Mərkəzinə sağlamlıq imkanları məhdud uşaqlara sosial müavinət və təqaüdün təyin olunması xidməti ilə bağlı müraciət edib.

Vətəndaşla görüşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq əhaliyə xidmətlərin vətəndaş məmnunluğuna uyğun yüksək səviyyədə təşkili DOST Agentliyinin əsas fəaliyyət prinsipidir. Mərkəzlərin xidmətlərindən faydalanan vətəndaşların sayı artır. Bu gün də DOST Agentliyi üçün əlamətdar gündür: 1 saylı Bakı «DOST» Mərkəzində sayca 300 mininci vətəndaşa sosial sahədə xidmət göstərilib. Vətəndaşların da «DOST» mərkəzlərində göstərilən xidmətlərdən razı qalması da Agentliyin kollektivini sevindirir.

300 mininci vətəndaşı təbrik edən F.Məmmədov ona Agentlik adından təşəkkürnamə və simvolik hədiyyələr təqdim edib.

G.Hüseynova “DOST” mərkəzində göstərilən xidmətlərdən razı qaldığını deyib, dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, operativ və şəffaf təşkil olunduğuna görə təşəkkürünü bildirib.

2019-cu ilin may ayından etibarən Bakıda 3 DOST mərkəzi açılıb və paytaxtın 8 rayonu (Yasamal, Səbail, Qaradağ, Xəzər, Pirallahı, Nizami, Sabunçu, Suraxanı) DOST xidmətləri ilə əhatə olunub. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 97 faizdir.

Yaxın illərdə Bakıda və respublikanın regionlarında yeni DOST mərkəzlərinin açılması nəzərdə tutulub.

«Hakimiyyet.com»

Share
AzerbaijaniTurkishRussianUkrainianEnglishGermanFrenchArabicGeorgianPersianChinese (Simplified)