Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətində “Qaynar xətt” xidməti fəaliyyətə başlayıb

17.03.2020 Выкл. Автор admin

Dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyəti ilə bağlı vətəndaşların müraciət və sorğularının operativ şəkildə cavablandırılması üçün Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarətində 16-58 qısa nömrəli “Qaynar xətt” xidməti fəaliyyətə başlayıb.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, sabit telefon şəbəkəsinin abunəçiləri üçün yığım qaydası, Bakı şəhəri üzrə — 16-58, bölgələr üzrə — 012-16-58, mobil telefon şəbəkələrinin abunəçiləri üçün — 16-58 təyin edilib.

Share