DSX tərəfindən narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb

DSX tərəfindən narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb

13.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədi­nin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

DSX-dan APA-ya verilən xəbərə görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının əməkdaşları  tərəfindən son bir həftə ərzində 2 halda 10 kq 490 qr narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. 

Daxil olmuş əməliyyat məlumatlarına əsasən, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 2 kq heroin və 1 kq 950 qr metamfetamin, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində 4 kq 730 qr heroin və 1 kq 770 qr metamfetamin aşkar edilərək götürülüb. 

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Share