“Dubay EXPO 2020″nin qonaqlarını “Rəşid” adlı robot qarşılayacaq

“Dubay EXPO 2020″nin qonaqlarını “Rəşid” adlı robot qarşılayacaq

26.07.2019

10:42

Dubayda keçiriləcək beynəlxalq “EXPO 2020” sərgisinin qonaqlarını “Smart Dubai” dövlət idarəsi tərəfindən yaradılmış “Rəşid” adlı robot qarşılayacaq.

AZƏRTAC-a istinadən bildirir ki, “Rəşid”lə istənilən mobil telefon vasitəsilə əlaqə saxlamaq mümkün olacaq və yaxın zamanlarda bunun üçün xüsusi mobil əlavə təqdim ediləcək. Robot çoxsaylı qonaqlara sərgi haqqında müfəssəl informasiyadan əlavə, Dubay barədə məlumat da təqdim edəcək, aviareyslərin və otellərin əvvəlcədən qeydiyyatı sahəsində xidmət göstərəcək, əyləncə tədbirlərinin təqvimi ilə bağlı məlumatları bölüşəcək. Robotun Dubayın sakinləri və qonaqları üçün ən “ağıllı” məsləhətçi olacağı gözlənilir. O, böyük həcmdə məlumatları təhlil etmək, sorğulara tez və dəqiq cavab vermək bacarığına malikdir.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email