Dubayda bizneslə məşğul olan qadınların sayı 12 faiz artıb

Dubayda bizneslə məşğul olan qadınların sayı 12 faiz artıb

21.08.2019

9:06

Bu ilin birinci yarısında Dubayın İqtisadi inkişaf Departamenti tərəfindən biznes fəaliyyətinin aparılması üçün 14 min 737 yeni lisenziya verilib.

AZƏRTAC-a istinadən bildirir ki, biznes fəaliyyətinin aparılması üçün yeni lisenziya (7884) Əmirliyin “Bur Dubai” rayonunda daha çox təqdim olunub. Qeyd edilib ki, ilin birinci yarısında biznesə sahib olan qadınların sayı 12 faizə qədər artıb.

İlk onluğa daxil olan yeni biznes quran iş adamları Hindistan, Banqladeş, Pakistan, Misir, Böyük Britaniya, Səudiyyə Ərəbistanı, İordaniya, Filippin və Sudan vətəndaşları olub.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email