Dünya çempionatında bürünc medal

Dünya çempionatında bürünc medal

18.08.2019

23:45

Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatında təmsilçimiz bürünc medal qazanıb.

AZƏRTAC xəbər verir ki, avqustun 18-də güləşçimiz Əsgər Əlizadə (60 kiloqram) üçüncü yer uğrunda Qırğızıstan idmançısı Alastan Xanjarbek Uluya 11:2 hesabı ilə qalib gələrək bürünc medala sahib olub. Qeyd edək ki, təmsilçimiz təsəlliverici görüşdə əlcəzairli güləşçi Murtada Nanayı 8:0 hesabı ilə məğlub edib.

Dünya çempionatı davam edir.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email