Dünyanın gözü Türkiyə Prezidentinin Şimali Kipr Türk Cümhuriyyətinə səfərində

Dünyanın gözü Türkiyə Prezidentinin Şimali Kipr Türk Cümhuriyyətinə səfərində

19.07.2021 Off By admin

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şimali Kipr Türk Cümhuriyyətinə ikigünlük səfəri başlayıb.
Türkiyə mətbuatına istinadla bildiririk ki, səfər 1974-cü ildə Türkiyə ordusunun Kiprə daxil olmasının 47-ci ildönümünə həsr olunub.
Bazar ertəsi günü Prezidentin Nikosiyanın Türkiyə hissəsindəki Kipr-Türkiyə parlamentində çıxışı və Kiriniyaya getməsi planlaşdırılır.
Sabah isə Türkiyə lideri Nikosiyada hərbi paradda iştirak edəcək, daha sonra araşı ziyarət edəcək. Ərdoğan səfər zamanı bayram namazı da qılacaq.
Xatırladaq ki, Şimali Kipri ziyarəti zamanı təkcə adaya deyil, bütün dünyaya aid bir mesajın yayımlayacağını bildirmişdi.

“Hakimiyyet.com”

Share