DYP rəisinin qardaşı oğlunun öldüyü qəzanın görüntüsü yayılıb

DYP rəisinin qardaşı oğlunun öldüyü qəzanın görüntüsü yayılıb

03.08.2019

23:09

Bakıda DYP-nin bölmə rəisinin qardaşı oğlunun öldüyü yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

APA-nın məlumatına görə, avqustun 2-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində ölümlə nəticələnən zəncirvari qəza olub. İki minik maşını avtobusla toqquşub.

 Bakıda baş verən avtobus qəzasında ölən şəxsin kimliyi məlum olub.

APA-nın məlumatına görə, bu gün paytaxtın Sabunçu rayonu Rüstəmov küçəsi 86 ünvanında avtobusla minik avtomobilinin toqquşması nəticəsində minik avtomobilinin sürücüsü, 26 yaşlı Əli Əmən oğlu Abbasov dünyasını dəyişib.

Onu da əlavə edək ki, Ə.Abbasov Xəzər rayon Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi, polis polkovnik-leytenantı Sadiq Abbasovun qardaşı oğludur.

Qeyd edək ki, bu gün səhər saatlarında Sabunçu rayonu Rüstəmov küçəsi 86 ünvanında avtobusla minik avtomobili toqquşub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

 

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email