Ekvadorda 3 neft mədəni zəbt edildi

Ekvadorda 3 neft mədəni zəbt edildi

08.10.2019

11:20

Ekvadorda 3 neft mədəni məcburi olaraq işini dayandırıb.

RİA Novosti” xəbər verir ki, fövqaladə hadisə ölkənin Orelyana və Sukumbios vilayətlərində yerləşən neft yataqlarında baş verib.

“Petroamazonas EP” şirkəti naməlum şəxslərin mədənləri zəbt etdiyinə görə hasilatı dayandırmağa məcbur olub.

Şirkət hərbçiləri digər neft mədənlərinin mühafizəsinə səsləyir.

Ayın əvvəlindən Ekvadorda etiraz aksiyaları keçirilir. Nümayışçilər hökumətin iqtisadi siyasətinə qarşı çıxaraq müddətsiz tətil etməyə çağırırlar.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email