Eldar Əsgərovun yeni vəzifəyə təyin edilməsi barədə məlumat həqiqətə uyğun deyil

Eldar Əsgərovun yeni vəzifəyə təyin edilməsi barədə məlumat həqiqətə uyğun deyil

21.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bəzi kütləvi informasiya vasitələrində Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektoru müdiri vəzifəsinə Eldar İsmayıl oğlu Əsgərovun təyin edilməsi barədə məlumat yayılıb.

Milli Məclisin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu xəbər həqiqətə uyğun deyil. 

Belə ki, Eldar Əsgərov 13 fevral 2017-ci il tarixdən Parlament Aparatının yuxarıda adıçəkilən şöbəsinin Hərbi qanunvericilik sektorunun müdiri vəzifəsində çalışır: “KİV nümayəndələrindən bu cür informasiyaları yayarkən bir daha diqqətli olmağa çağırırıq.”

 

Share