Elmar Məmmədyarovun rusiyalı həmkarı ilə telefon danışığı olub

Elmar Məmmədyarovun rusiyalı həmkarı ilə telefon danışığı olub

10.04.2020 Off By admin

Bakı. Trend:

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı baş tutub.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində deyilir.

Bildirilir ki, tərəflər mövcud vəziyyəti və hər iki dövlətin COVID-19 ilə mübarizə çərçivəsində gördüyü tədbirləri müzakirə ediblər: “Nazirlər gələn həftə Azərbaycan və Rusiya əməkdaşlığının gündəliyindəki məsələlər ətrafında daha geniş müzakirələrin aparılmasına dair razılığa gəliblər”.

Share