Elşən Musayev: Dövlətin bütün resursları vətəndaşların xidmətindədir

Elşən Musayev: Dövlətin bütün resursları vətəndaşların xidmətindədir

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Koronavirus pandemiyasına qarşı mübarizə istiqamətində Azərbaycan dövlətinin gördüyü işlərin miqyası olduqca böyükdür. Dövlətin bütün resursları vətəndaşların xidmətindədir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, Azərbaycan xalqının bu bəladan daha az itki ilə çıxması, insanların əziyyət çəkməməsi, sosial rifah kodeksinin yenə də müsbət dinamika üzərindən öz artımına davam etməsi üçün bütün imkanlar səfərbər olunub:

“Cənab Prezident öz çıxışlarında dəfələrlə vurğulayıb ki, “mənim üçün vətəndaşı qorumaq, onun marağından çıxış etmək ən ali məqsəd və prioritetdir”. Real mənzərə də həmin fikirlərin bariz nümunəsidir.

Baxın, nə qədər işlər görülüb: Ümumilikdə, məlum prosesin qabaqlanması – koronavirus bəlasının qarşısının alınması üçün ayrılan vəsait az qala 3 milyard manata yaxınlaşır. 600 min işsizə 2 ay müddətində sosial paket üzərindən yardımlar ediləcək. Pensiyalar vaxtından əvvəl verilib. Yuxarı yaş sektoru xüsusi himayədədir. Sahibkar qorunur. 65 yaş üzəri məhbusların bir qismi həbsdən vaxtından əvvəl azad edilib. Çox qısa müddətdə xaricdən tibbi cihazlar gətirilib və müasir laboratoriyalar qurulub. Açılışı hələ minimum 1 il sonraya planlanan klinika tez bir müddətdə istifadəyə verilib. Hətta qeyri-tibb müəssisələri belə karantin dövrü keçən vətəndaşlarımızın xidmətindədir. 8 gün içində tibbi maska istehsal edən müəssisə ərsəyə gətirildi. Ölkədə ən keyfiyyətli testlərdən istifadə olunur. Tibbi personal çox böyük fədakarlıq edir”.

Share