Elşad Mirbəşir oğlu: Azərbaycan dövləti və xalqı istənilən mürəkkəb vəziyyətdən üzüağ və şərəflə çıxmaq iqtidarındadır

Elşad Mirbəşir oğlu: Azərbaycan dövləti və xalqı istənilən mürəkkəb vəziyyətdən üzüağ və şərəflə çıxmaq iqtidarındadır

12.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Koronavirus pandemiyasına qarşı ölkəmizdə aparılan effektiv tədbirlər bir daha təsdiq etdi ki, Azərbaycan dövləti və xalqı istənilən mürəkkəb vəziyyətdən üzüağ və şərəflə çıxmaq iqtidarındadır.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu deyib.

Onun sözlərinə görə, pandemiya dünyanın ən inkişaf etmiş ölkələrində təlatümlər doğurdu, səhiyyə sistemlərinə hədsiz dərəcədə güvənən ölkələr bu bəlanın qarşısında aciz qaldıqlarını açıq şəkildə etiraf etdilər:

“Vəziyyət o yerə çatdı ki, dünyanın 80-dən artıq ölkəsi kömək üçün Beynəlxalq Valyuta Fonduna müraciət etdilər. Dünyada gedən bu mənfi tendensiyaya baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən preventiv tədbirlərin nəticəsində Azərbaycanda vəziyyət tam nəzarət altına alındı. Vəziyyətdən minimal itkilərlə çıxmaq üçün bütün imkanlar səfərbər olundu və uğurlu nəticələr əldə edildi”.

E.Mirbəşir oğlu qeyd edib ki, Azərbaycan səhiyyəsi dünyanı silkələyən qlobal təhdidə hazırlıqsız yaxalanmadı. Hazırda koronavirus xəstələri 20-dən artıq dövlət xəstəxanasında müalicə olunurlar. Bu yaxınlarda istifadəyə verilən 575 çarpayılıq ən müasir “Yeni Klinika” xəstəxanası virusa yoluxanların ixtiyarına verildi. Yaxın günlərdə müasir standartlara cavab verən modul tipli xəstəxanaların istifadəyə verilməsi nəzərdə tutulur. Çox qısa zamanda tibbi maska istehsal edən müəssisənin fəaliyyətə başlaması da ölkəmizin istehsal və infrastruktur imkanlarını ortaya qoydu.

Share