Ermənistanda kişi hökumətə etiraz əlaməti olaraq parlament qarşısında ağzını tikib

Ermənistanda kişi hökumətə etiraz əlaməti olaraq parlament qarşısında ağzını tikib

12.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Yerevan sakini ailəsinin sosial problemlərinə görə Ermənistan Parlamenti qarşısında ağzını tikərək etirazını bildirib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə şənbə günü Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hadisə aprelin 11-i, saat 17.52-də baş verib. Nazirliyin müvafiq əməliyyat qrupu və psixoloq hadisə yerinə cəlb edilib.

“Opel “markalı avtomobilini parlamentin binası önündə saxlayaraq ağzını tikən şəxsin 1991-ci il təvəllüdlü M.Miqran olduğu müəyyən edilib. O, ailəsinin dolanışığının çətin olduğundan bu addımı atmağa məcbur olduğunu bildirib. 

Ona yerində psixoloji yardım göstərilsə də, təcili tibbi yardımdan imtina edib. 

M.Miqran polis bölməsinə aparılıb. 

 

Share