Ermənistanda koronavirusa ilk yoluxma qeydə alındı
01.03.2020Ermənistana İrandan gələn ölkə vətəndaşında ilk dəfə koronavirusa yoluxma qeydə alınıb.
Ölkənin baş naziri Nikol Paşinyan özünün «Facebook»dakı səhifəsində ölkədə koronavirusa yoluxma hadisəsinin qeydə alındığını təsdiqləyib.
Qeyd edək ki, 4 gün əvvəl Ermənistan hökuməti yanında səhiyyə və əməyin müfəttişi orqanının rəhbəri Akop Avakyan bildirib ki, ölkədə onlarla insan koronavirus xəstəliyi şübhəsi ilə xəstəxanaya yerləşdirilib. O, qeyd edib ki, 36 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya aparılıb. A.Avakyan xaricdən gələn ermənilərin hava limanlarında nəzarətə götürüldüyünü, bu istiqamətdə ölkənin Xarici İşlər Nazirliyi və digər dövlət orqanları ilə əməkdaşlıq etdiklərini açıqlayıb.
A.Avakyan bununla belə xəstəxanaya yerləşdirilmiş şəxslərin neçəsində koronavirusun qeydə alındığını deməyib.