Estoniyada artıq 17 nəfərə koronavirus diaqnozu qoyulub

13.03.2020 Выкл. Автор admin

Estoniya Səhiyyə Departamenti daha dörd ölkə vətəndaşının koronavirus infeksiyasına yoluxma faktını qeydə alıb.

AZƏRTAC xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxmuş insanların ümumi sayı 17 nəfərə çatıb.

Estoniya Səhiyyə Departamenti cümə axşamı məlumat verib ki, koronavirus diaqnozu qoyulan sonuncu pasiyent İtaliyadan qayıdıb.

Departamentdən verilən məlumata görə, Tartu sakini Milandan təyyarə ilə Riqaya gəlib və şəxsi avtomobilində evə qayıdıb. Departament hazırda onun kiminlə təmasda olduğunu aydınlaşdırır.

Share