“Eurovision-2020”

“Eurovision-2020”

12.09.2019

9:06

2020-ci ilin mayında Niderlandın Rotterdam şəhərində keçiriləcək “Eurovision” beynəlxalq mahnı müsabiqəsində iştirakını təsdiqləyən ölkələrin sayı 33-ə çatıb.

Mahnı müsabiqəsində iştirakını ev sahibi Niderland və bu ölkələr təsdiqləyib. Hazırda müsabiqədə iştirakını təsdiqləyən ölkələrin sırasında – Albaniya, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Böyük Britaniya, Çexiya, Estoniya, Danimarka, Finlandiya, Fransa, Gürcüstan, Xorvatiya, İrlandiya, İslandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, Kipr, Latviya, Litva, Norveç, Portuqaliya, Rusiya, San-Marino, Serbiya, Sloveniya, Şimali Makedoniya, Ukrayna və Yunanıstan yer alır.

Qeyd edək ki, 1956-cı ildən keçirilən “Eurovision” yarışı Avropa Yayım Birliyinin layihəsidir. Azərbaycan bu yarışmaya 2008-ci ildən qatılıb və bir dəfə – 2011-ci ildə Nigar Camal və Eldar Qasımovla 1-ci yeri tutub.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email