“Eurovision” iştirakçılarının onlayn konserti bu tarixdə olacaq

“Eurovision” iştirakçılarının onlayn konserti bu tarixdə olacaq

19.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Koronavirusa görə ləğv edilmiş “Eurovision” mahnı müsabiqəsinin mayın 16-da yerinə keçiriləcək “Europe Shine A Light” adlı irimiqyaslı alternativ şousunun yayımlanacağı digər ölkələrin siyahısı açıqlanıb.

tədbir iştirakçı olan 41 ölkənin kanalları ilə yanaşı Belçika, Bosniya Herseqovina, Qazaxıstan, Kosova və Monteneqroda da nümayiş ediləcək.

İki saatlıq konsert eyni zamanda “Eurovision” müsabiqəsinin rəsmi “YouTube” kanalında da yayımlanacaq.

Şounun aparıcıları isə Şantal Yanzen, Edsiliya Rombli və Yan Smit olacaq.

Konsertdə 2020-ci il ölkələrinin nümayəndələri, eləcə də ötən ilki müsabiqənin qalibləri və ulduzları iştirak edəcəklər.

Qeyd edək ki, “Eurovision 2020” mahnı müsabiqəsi Niderlandın Rotterdam şəhərində keçirilməli idi.

Share